Avtoreyd.Az Dörd çarx DYP reyd keçirib, 30-a yaxın sürücü cərimələnib (Foto)

DYP reyd keçirib, 30-a yaxın sürücü cərimələnib (Foto)


Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Göygöl Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib.

Bu barədə “Report”un Qərb bürosuna DİN mətbuat xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

Related Post

“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət