Avtoreyd.Az Dörd çarx Böyük Şor gölü üzərindən çəkilən yolun tikintisi yekunlaşır (Video)

Böyük Şor gölü üzərindən çəkilən yolun tikintisi yekunlaşır (Video)


Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın iki əsas yolunu-Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolda işlərin böyük hissəsi artıq yekunlaşıb.2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur.İki gediş, iki gəlişli olmaqla, yeni yol 4 hərəkət zolağından ibarətdir. Böyük Şor gölünün üzərində çəkilən və uzunluğu 1600 metrə yaxın olan bəndin də artıq üzəri asfaltlanıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən yeni yolun əvvəlində və sonunda iki tunel də inşa edilir.Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, tikinti zamanı layihəyə düşən hərbi, fərdi yaşayış və biznes obyektləri sökülüb.Yol tam istifadəyə verildikdən sonra günün pik saatlarında Ziya Bünyadov prospektində və Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalacaq.

Related Post

Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcəkKürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək

Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə