“Bakı Metropoliteni” QSC-nin işçilərinin “İçəri Şəhər” metrostansiyasında təmir işləri apararkən çəkilən görüntüləri yayılıb.

AvtoReyd.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, görüntülərdə işçilərin təhlükəsizlik qaydalarına riayət etmədikləri açıq-aşkar görünür. Ani diqqətsizlik işçilərin yüksəklikdən yıxılaraq xəsarət almalarına səbəb ola bilər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-inn mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. O, açıqlamasında məsələnin araşdırılacağını bildirdi.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.