Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib.
İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl televiziyalardan birinin efirində gedib: “Hansı ki, həmin vaxt “Yol-patrul xidməti haqqında təlimat” və “Yol hərəkəti haqqında” qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə “Yol hərəkəti haqqında” qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib”.
BDYPİ belə məlumatlar yayan KİV-lərə tövsiyə edir ki, bu tip məlumatları yaymazdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın: “Sürücülərin diqqətinə bir daha çatdırılır ki, Azərbaycanda Yol Patrul Xidmətinin əməkdaşları xidməti qanunvericilik çərçivəsində aşkar şəkildə apara bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir”.
Dövlət Yol Polisi avtomobil sürücülərini cərimələmək üçün daha bir metoda əl atıb. Gununsesi.org-un xəbərinə görə, küçələrdə YPX maşınları ilə yanaşı, həm də mülki avtomobillər xidmətə çıxacaq. mülki geyimdə olan YPX əməkdaşları yollarda qaydaları pozan sürücüləri izləyəcək və onlara cərimə tətbiq edəcək. Bu qərar onunla əsaslandırılıb ki, sürücülər YPX maşınlarını görəndə məsuliyyətli olurlar və qayda pozmurlar. Bu qərar isə o deməkdir ki, Azərbaycanın yol polisi sürücünün qayda pozmasında maraqlıdır və bu pozuntunu arzu edir. Ona görə də bu cür xidmət növü tətbiq edilir.
AvtoReyd.Az “Xəzər TV”yə istinadla yeni YPX avtomobillərinin xidməti ilə bağlı materialı təqdim edir: