Avtoreyd.Az Gündəm Küləkli hava şəraiti davam edəcək

Küləkli hava şəraiti davam edəcək


Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 15-19 dərəcə olacağı gözlənilir. Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Aprelin 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.  AvtoReyd.Az

http://www.youtube.com/watch?v=vtBdWh7z2rs

Related Post

Bakının mərkəzində yeni salınan yol niyə əyridir? – RƏSMİ CAVAB – VİDEOBakının mərkəzində yeni salınan yol niyə əyridir? – RƏSMİ CAVAB – VİDEO

Paytaxtın “Sovetski” adlanan ərazisində aparılan işlər çərçivəsində Füzuli küçəsinin davamının “Beşmərtəbə” dairəsinə birləşdirilməsi işləri yekunlaşsa da, “Azdrama”nın yanındakı yol ordan keçən hər kəsin təəccübünə səbəb olub. Yolun əyri olması sosial