Avtoreyd.Az Maraqlı “Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü haqqında

“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü haqqında


Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.

Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – deyə Bikə Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.

Related Post

Təqaüdçü nənə alış-veriş dalınca “Mercedes-Benz Gelandewagen”də gedir (Video)Təqaüdçü nənə alış-veriş dalınca “Mercedes-Benz Gelandewagen”də gedir (Video)

Avtoreyd.az bildirir ki, “Mercedes-Benz Gelandewagen” bahalı yolsuzluq avtomobilində alış-veriş üçün gələn ukraynalı nənə internetdə görənləri şoka salıb. Videodan da görünür ki, təqaüdçü qadın aldıqlarını avtomobilə yığdıqdan sonra, “Mercedes-Benz Gelandewagen”in sükanı arxasına