2019-cu ildən etibarən Azərbaycana elektrikli avtomobillərin (elektromobil) idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə millət vəkili Tahir Mirkişili öz Facebook səhifəsində qeyd edib.
O vurğulayıb ki, elektrikli avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15%-i həcmində rüsum ödəmək lazım olacaq.