Avtoreyd.Az Maraqlı Dünya tarixində ən zəngin insan — Mansa Musa

Dünya tarixində ən zəngin insan — Mansa Musa

| | 0 Comments | 17:06

Musa 1312-ci ildən dövlətin başında dururdu. O dövrün Mali İmperiyasına hazırkı Qərbi Afrika ölkələrindən Qana, Timbuktu, Mali, Mavritaniya, Seneqal, Qambiya, Qvineya, Burkina-Faso, Niger, Nigeriya və Çad kimi müasir dövlətlərin əraziləri daxil idi.

İngilis yazıçısı Ebbi Norman öz tarixi tədqiqatında bildirir ki, Mali hökmdarı Mansa Musanın böyük sərvəti haqqında başqa ölkələrə, Mali hökmdarının Məkkəyə olan həcc səfəri zamanı yadda qalan bədxərc məsrəfləri sayəsində məlum olub.

Mansa Musa bütün dünyaya 1324-1325-ci illlər arası Məkkəyə etdiyi həcc səfəri sayəsində tanınıb. Onun karvanı 10 min əsgər, 30 min mülki şəxs, hökmdarın yaxınlaşması haqqında məlumat verən 500 carçı və 12 min quldan ibarət idi.  500 qul qızıldan olan hədiyyələr aparırdı, 80 dəvədən hər birinə 300 funt qızılın yüklənmişdi. Musanın bütün yol yoldaşları ipək və qiymətli fars parçalarına bürünmüşdülər.

Təbii ki, belə böyük karvan, böyük məsrəf tələb edirdi, buna görə də, tarixi salnamələrə əsasən, Mansa Musa özü ilə yoluna 12000 kiloqramdan çox qızıl götürmüşdü və heç nədə özünə yox demirdi.

Saxara səhrasını keçərkən, hökmdar hər gün öz masasında təzə balıq və tərəvəz yeyirdi. Bu ərzaqları çaparlar gətirirdilər.

Bundan başqa, Musanın arvadının bütün şıltaq arzuları da həyata keçirdi. Rəvayətə görə, bir dəfə Nieriba Konda hovuzda çimmək istəyir. 8700 qul dərhal qumu qazmağa başlayır. Səhəri gün isə hökmdarın xanımı və ona xidmət göstərən 500 qız, tuluqlardan suyla doldurulmuş hovuzda çimirdilər.

Mansa Musanın həcc səfəri bir il çəkib. Bu müddət ərzində Musa kasıblara qızıl paylayıb, həddən artıq yüksək qiymətə mal alıb. Bundan sonrakı 10 ildə Qahirə, Mədinə və Məkkə kimi böyük şəhərlərdə qızılın ucuzlaşması baş verib. Hökmdarın karvanının keçdiyi şəhərlərdə, qiymətli metal külçələri sayəsində müxtəlif əşyalar alınıb.

Qahirə sultanına belə öz üstünlüyünü nümayiş etdirməyi bacaran Mansa Musa, Misir hökmdarı qarşısında baş əyməkdən imtina edib. “Mən niyə belə etməliyəm?”—, deyə əsəbiləşən Mali hökmdarı, dərhal da nüfuzunu qorumaq və eyni zamanda etiket tələblərini yerinə yetirmək üçün hazırcavablıq göstərib. Sultan qarşısına çıxdıqda, alnıyla döşəməyə toxunaraq, ucadan Mansa Musanı yaradan tanrıya və aləmlərin rəbbinə baş əydiyini deyib.

Qızıl bolluğu nəticəsində bu qiymətli metalın dəyəri düşüb və, bu, onunla bitib ki, Mansa Musa bütün Aralıq Dənizi hövzəsində qızıla qiymət qoymaq inhisarçılığı əldə edib. Bu tarixdə yeganə hadisədir ki, bir şəxs qızılın qiymətini tənzimləyirdi. Qayıdan baş Mansa Musa böyük həcmdə və yüksək faizlə qızıl borc alıb.

Bu qeyri-adi səyahət 1375-ci ildə orta əsrlər Avropasının ən əhəmiyyətli dünya xəritələrindən birində, Katalon atlası kimi məşhur tarixi sənəddə belə təsvir edilib. Xəritədə başında qızıl tac olan taxtda oturan Mansa Musanının özü təsvir olunub.

Mansa Musa daha nə ilə məşhurdur? Ebbi Norman qeyd edir ki, dünyanın ən zəngin insanı öz sərvətinin böyük hissəsini məscidlərin tikintisinə xərcləyirdi. Cümə günü keçdiyi hər şəhərdə, hökmdar məscidi tikməyi əmr edib.

Onlardan ən məşhuru, indiyə kimi gəlib çatan Timbuktuda yerləşən Cinqereber cümə məscididir. Tarixçilər tərəfindən, bütün dünya tarixinin olmasa da, öz dövrünün ən qüdrətli hökmdarı hesab edilən, Mansa Musanın xidmətlərindən biri də, 3 min kvadrat kilometrdən çox ərazini əhatə edən imperiyasında geniş təhsil müəssisələri şəbəkəsinin yaradılmasıdır.

Mansa Musa ərəbcə nə yaza, nə oxuya bilirdi. Müşavirələrə də həmişə tərcüməçiylə gedirdi.

Mansa Musa 1337-ci ildə dünyasını dəyişib. Musanın zəngin irsi bir neçə nəsil boyunca saxlanılıb. Bu günə kimi Mali tarixində qızıl əsrin səssiz şahidləri olan mavzoleylər, kitabxanalar və məscidlər qalır. Mansa Musa tərəfindən tikilmiş bəzi məscidlər 700 il keçməsinə baxmayaraq, indi də durur.

Bildirilir ki, bu hökmdarın çoxmilyardlıq sərvəti onun idarəçiliyindən iki nəsil sonra (Mansa Musa 25 il dövləti idarə edib), İmperiyanı bürümüş vətəndaş müharibəsi və əcnəbi işğalçıların müdaxilələri üzündən əhəmiyyətli dərəcədə azalıb.

Məşhur şəxsiyyətlərin tərcümeyi-halının nəşri üzrə ixtisaslaşmış Celebrity Net Worth internet saytının məlumatına görə, Mali hökmdarı Mansa Musa (“mansa” tərcümədə “hökmdar” deməkdir)  I Keytin sərvəti müasir ekvivalentlə 400 milyard dollara bərabər idi.

 

2012-ci ilin tədqiqatlarına görə Mansa Musa, Rokfeller və Rotşildləri qabaqlayaraq, tarixdə 25 ən zəngin şəxs arasında birinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Related Post