Avtoreyd.Az Gündəm Türkiyədə yeni desant gəmisi təqdim olunub-VİDEO

Türkiyədə yeni desant gəmisi təqdim olunub-VİDEO

| | 0 Comments | 02:49

 

LST (Landing Ship Tank) layihəsi çərçivəsində hazırlanan türk istehsalı olan Bayraktar desant amfibiya gəmisi Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ixtiyarına verilib. Məlumatı Anadolu agentliyi yayıb.

Bayraktar, bu layihə çərçivəsində hazırlanan iki gəmidən birincisidir. O, atom, bioloji və kimyəvi hücumlara qarşı davam gətirmək gücündədir.  Gəminin uzunluğu — 139, eni — 19,6 metr, su basımı — 7254 tondur. Gəmi 71% türk texnologiyalarıyla təchiz edilib.

Bayraktar sahilə 1,2 min ton yük və ya bir neçə tank, zirehli texnika və digər nəqliyyat vasitələri çatdırmaq iqtidarındadır. Gəmi açıq dənizdə muxtar şəkildə 30 gün müddətində üzə, əlavə yanacaq doldurmadan beş min dəniz mili məsəfəsini qət edə bilər.

İstanbulda gəminin təqdimat mərasimində çıxış edən Türkiyənin Müdafiə naziri Fikri Işık bildirib ki, Türkiyə öz gücü hesabına hərbi gəmiləri layihələşdirən və hazırlayan dünyanın on ölkəsi sırasına daxildir.

 

http://www.youtube.com/watch?v=vmCWbA-S0tk%20

Related Post

Binəqədi-Mehdiabad yolu yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTOBinəqədi-Mehdiabad yolu yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az verilən məkumata görə Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolda qabarmış və deformasiyaya uğramış hissələr yaranmışdı. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu

Bakıda qadının döydüyü avtobus sürücüsü: “Avtobusun “Ruçnoy”undan tutub dedim ki…”Bakıda qadının döydüyü avtobus sürücüsü: “Avtobusun “Ruçnoy”undan tutub dedim ki…”

Avtobusu qanunsuz yerdə saxlamadığına görə sərnişin tərəfindən döyülən “61” nömrəli avtobusun sürücüsü Rövşən Süleymanov baş verən hadisəni Metbuat.az-a danışıb. Həmin müsahibəni təqdim edirik: “Hadisə 3-cü mikrorayon dairəsinin ətrafında, saat 12:00