Lilium Jet adlı uçan elektromobili çöl şəraitində sınaqdan keçiriblər. Bu haqda Tehnot məlumat yayıb.
Uçan elektromobilin rəqiblərlə müqayisədə əsas xüsusiyyəti uçuş və enməni şaquli vəziyyətdə həyata keçirə bilməsidir. Aparat iki sərnişin üçün hesablanıb.
Lilium Jet-in maksimal surəti saatda 300 km-dir. Uçuş, elektrik avtomobilin qanadlarında yerləşdirilən 36 pər hesabına həyata keçirilir. Tam dolu akkumulyator isə 300 kilometr məsafəni qət etməyə imkan verir.
Şirkətin uçan elektrokarın satış üçün nəzərdə tutulan versiyasının nə zaman təqdim edəcəyə barəsində isə hələ ki, məlumat yoxdur.