Avtoreyd.Az Dörd çarx BNA bir neçə yerdə avtobus dayanacağının yerini dəyişdirib

BNA bir neçə yerdə avtobus dayanacağının yerini dəyişdirib


Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. 

Bu barədə AvtoReyd.Aza Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.

AvtoReyd.Az

Related Post

Paytaxtda daha 1 avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb (Video+Foto)Paytaxtda daha 1 avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb (Video+Foto)

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata