Avtoreyd.Az Dörd çarx Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)


Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AvtoReyd.Az-a məlumat verilib.

Avtomobil yolu  uzun müddət əsaslı təmir olunmadan  istismar olunduğundan  yol geyimi və yolun əsası  həmçinin torğaq yatağı sel sularının  təsirindən yuyulmuş , hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə  çoxlu sayda çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir.

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 100 min kv.m-dən çox sahədə tikintisi işləri görüləcək. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı  7 sm, üst layı isə  5 sm  qalınlıqda   iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin 30 min kv.m sahədə  optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin 1500 kv.m sahədə təmiri işlərinin aparılması da nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluöunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşmaqla yanaşı, kənd təsərrüfatının daha da inkişafı hədəflənir.

AvtoReyd.Az

Related Post