Polisin xidməti vəzifəsini yerinə yetirən zaman video və şəkil çəkmək heç bir qanun pozuntusu deyil.
Əvvala ondan başlayım ki,qanunvericilikdə bu barədə heç bir qadağa yoxdur.Bu kimi məlumatları yaymaq görəsən kimə lazımdır? Bu yazını yazmağa məni bəzi saytlarda rastlaşdığım məlumatlar vadar etdi.Belə ki,yol polisi və diqər qanun keşiyində duranlara tabe olmamaq, nəqliyyat vasitəsində reqistrator və ya telefonla çəkiliş etməyin çox fərqi var. Misal üçün siz YPX məkdaşını çəkməklə onun şəxsi həyatına müdaxilə etmirsiniz,sadəcə işıqlandırıb sübüt üçün material və ya ictimayiləşdirmək istəyirsiniz ki,bu da sizin tam qanuni hüququnuzdur. Qanunla sürücünün polis əməkdaşını çəkməsi qadağan deyil.
Şəxsən mənim avtomobilimdə videoqeytiyat cihazı var bu o demək deyil ki,polis nəfərini çəkməklə mən qayda pozuram.Bu hər halda heç bir sürücüyə YPX əməkdaşına təbe olmamaq hüquqi vermir. Avtomobilinzə quraşdırılan videoqeydiyyat cihazı sizə qarşı bəzi qeyri qanuni əməllərin qarşısını ala bilər,bunu sosial şəbəkələrdə nümayiş edilən videolarda görmək mümkündür. Yox əgər siz YPX əməkdaşına tabe olmayaraq sənəd təqdim etmirsiniz və sair kimi qayda pozuntularına yol versəniz.Onda bilin ki,sizə qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə uyğun olaraq iki yüz manat məbləğində cərimə və hətta bir ayadək müddətə inzibati həbs gözləyir.
Sonda onu qeyd edim ki,sürücü sükan arxasında qaydalar çərçivəsində nəqliyyat vasitəsini idarə edirsə,YPX əməkdaşına tabe olursa deməli heçnədən və heç kimdən qormaq lazım deyil! Şayələrə uymayın! Belə məlumatlar sadəcə zəif beyinlər üçün nəzərdə tutulub.
