Avtoreyd.Az Dörd çarx Mərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTO

Mərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTO


Agentlikdən AvtoReyd.Az– a verilən məlumata görə,Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsinin 4 küçəsində – 28 may küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin və 270 metrlik Qurban İsmayılov küçələrində təmir-bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Təmir-tikinti işləri hazırda 4 küçədə – 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin,1700 metr uzunluğunda olan Baba Əliyev və 750 metr uzunluğa malik Pioner küçələrində aparılır.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Küçələr boyu yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, sadalanan işlər əsasən qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

AvtoReyd.Az

Related Post

Britaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdıBritaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdı

Böyük Britaniya sakinləri iki ildən sonra pilotsuz taksilərin xidmətindən istifadə edə biləcəklər.Lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, Britaniya hökuməti avtomobillərin pilotsuz idarəedilməsi texnologiyasının işlənməsi ilə məşğul olan konsorsiumun yaradılmasını dəstəkləyib. Büdcədən