Avtoreyd.Az Gündəm Avtomobilin yüyürüşünə müdaxiləyə görə dörd il həbs tədbiq edilə bilər

Avtomobilin yüyürüşünə müdaxiləyə görə dörd il həbs tədbiq edilə bilər


Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatları avtomobilin satışında fırıldaqçılıq üçün cəza tətbiq edilməsi təklif edib.

AvtoReyd.Az  xəbər verir ki, avtomobilin vəziyyətinə dair aldatma və ya yanlış məlumatlar üçün cinayət cəzasını tətbiq etmək təklif olunur. Sankt-Peterburqda deputatlar Rusiyanın Cinayət Məcəlləsinə yeni bir bənd əlavə etməyi təklif etdilər.
Avtomobil satışında saxtakarlığa görə, 500 min rubl qədər cərimə cəzası və ya 360 saata qədər məcburi iş cəzası verilə bilər. Odometer oxunuşlarını dəyişdirməyinə görə, (yüyürüşün geri çəkilməsi) millət vəkilləri 4 ilədək həbs cəzası ilə və ya 1 milyon rubla qədər cərimə ilə cəzalandırmaq istəyirlər.

Belə bir təklif verən Denis Çetırbokun sözlərinə görə, cəzanın məbləği avtomobilin markasından və odometrin nə qədər geri çəkməsindən asılı olacaq. Onlar nümunə kimi Çexiyanı göstəriblər. Orada yüyürüşə müdaxiləyə görə, bir il müddətinə həbs tədbiq olunur.

Sənəd yekdilliklə dəstəklənib. Sankt-Peterburq Parlamentinin plenar iclasında qəbul edildikdə Dövlət Duması təşəbbüsü nəzərdən keçirəcək.

AvtoReyd.Az

Related Post

Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTOMüşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az–a verilən məlumata görə,Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23.5-ci və 24.4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2