Avtoreyd.Az Dörd çarx Ticarət mərkəzində baş verən yanğınla əlaqədar avtobusların hərəkət sxemi dəyişir

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar avtobusların hərəkət sxemi dəyişir


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar (Q.Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən 27.03.2019 tarixində də həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişlmiş sxem üzrə hərəkət edəcəklər.

27.03.209 tarixində gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılmaqdadır.

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində 26.03.2019 tarixində gün ərzində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.

Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edib.

AvtoReyd.Az

Related Post

Paytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTOPaytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir.Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin

Bu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcəkBu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş