Avtoreyd.Az Dörd çarx Biləcərinin bu küçəsində yol təmir edildi – FOTO

Biləcərinin bu küçəsində yol təmir edildi – FOTO


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, analoji işlər hazırda Biləcəri qəsəbəsinin Xurşudbanu Natavan küçəsində də aparılır. Hazırda təmir-bərpa işləri rayonun Binəqədi, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrində aparılır. Sözügedən qəsəbələri əhatə edən 12 km-dən çox küçə və yolların 100 min kv.m-ə yaxın sahəsini əhatə edir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2,9 km, eni isə ortalama 16 metr olan Ordubadi küçəsində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilərək yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində hazırda köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də görülüb. Asfaltlanma işləri, ümumilikdə, 45 min kv.m-dən artıq sahəni əhatə edib.

Analoji işlər hazırda Biləcəri qəsəbəsinin Xurşudbanu Natavan küçəsində də aparılır. Küçənin uzunluğu 2,3 km təşkil edir. Sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir…..Ümumilikdə isə, Binəqədi rayonu ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir. Hazırda təmir-bərpa işləri rayonun Binəqədi, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrində aparılır. Sözügedən qəsəbələri əhatə edən 12 km-dən çox küçə və yolların 100 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu Binəqədi qəsəbəsində 1-ci mədən və 2-ci mədən küçələri, 2-ci mədən küçəsinin 70-92-ci korpuslarını əhatə edən yolları, Biləcəri qəsəbəsi Xurşudbanu Natavan küçəsi, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi və bu küçəyə paralel qəsəbədaxili yolun, həmçinin 28 may qəsəbəsinin daxili yollarıdır.

Burda küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Misal olaraq Binəqədi qəsəbəsi Cəfər Cabbarlı, Firdovsi Vəliyev küçələrini, Biləcəri qəsəbəsi Teymur Yaqubov, Ələkbərov və Haşimi küçələrini, həmçinin qəsəbədaxili və məhləarası yolları göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

AvtoReyd.Az

Related Post