Avtoreyd.Az Gündəm Paytaxtın bu yollarında velosiped yolları, zolaqlar yaradılacaq

Paytaxtın bu yollarında velosiped yolları, zolaqlar yaradılacaq


Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun – velosiped yollarının, zolaqlarının yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib. “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı – Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski – Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulmuşdur. Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır. Eyni zamanda, şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilmişdir.

Əhalini velosiped sürməyə təşviq edən aksiyalara tam dəstəyimizi ifadə edərək, bu cür təşəbbüsləri alqışlayırıq. Bu dəstəyin nümunəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil – çox həyat” devizi altında təşkil edilən veloyürüşə Bakı Nəqliyyat Agentliyinin 30 nəfərdən ibarət kollektivi də qatılmışdır. Veloyürüşdə iştirakına və təbirə dəstəyinə görə Bakı Nəqliyyat Agentliyinin komandası diplomla təltif edilmişdir.

AvtoReyd.Az

Related Post

Cəlilabadda reyd zamanı gərgin anlar – 90-dan çox avtomobili cərimələdi – VİDEOCəlilabadda reyd zamanı gərgin anlar – 90-dan çox avtomobili cərimələdi – VİDEO

Cəlilabadda yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələri ödəməkdən yayınan sürücülərə qarşı reydlər keçirilib. Cərimələri ödənilmədiyi üçün Baş Dövlət Yol Polisi tərəfindən həbs qoyulmuş avtomobillər saxlanaraq xüsusi dayanacağa yerləşdirilib. Yoxlamalar zamanı

Cəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – VideoCəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – Video

Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər. Avtoreyd.az Xezerxeber.az-a istinadən bildirir ki, piyadalara qarşı tətbiq

Piyadalara tətbiq edilən cərimənin artırılmasını nəzərdə tutan dəyişiklik qüvvəyə minibPiyadalara tətbiq edilən cərimənin artırılmasını nəzərdə tutan dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. AvtoReyd.Az xəbər verir ki, dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır. Belə ki, məcəllənin 338-ci (Piyadalar və