Avtoreyd.Az Dörd çarx Biləcəri və 4-cü mikrorayon dairəsində dəyişikliklər edilir – FOTO

Biləcəri və 4-cü mikrorayon dairəsində dəyişikliklər edilir – FOTO


Paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb. Həyata keçiriləcək bu tədbirlər hər iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılmasına, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsinə, bundan başqa, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaqdır, bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib .

4-cü mkr. dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (Memar Əcəmi metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır. Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil ediləcək. Cavadxan və Hüseyn Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa olunacaq. Hüseyn Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.

Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin, nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natavan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub.

AvtoReyd.Az

Related Post

Qazax rayonunun bir neçə kəndini birləşdirən yol əsaslı şəkildə yenidən qurulubQazax rayonunun bir neçə kəndini birləşdirən yol əsaslı şəkildə yenidən qurulub

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Qurumdan AvtoReyd.Az -a verilən

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin