Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yeni layihənin icrasına başlayıb. “Yol həyatdır!” devizi altında reallaşacaq yeni layihə Agentliyin hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə başlatdığı tədbirlərin məntiqi davamı olaraq həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etməsi sahəsində maarifləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minumuma endirilməsi, eləcə də rahat və təhlükəsiz nəqliyyat mühiti naminə müsbət mədəni dəyişikliklərə nail olunması layihənin əsas hədəflərindəndir.

Layihə çərçivəsində müxtəlif aksiyaların keçirilməsi, yol hərəkəti təhlükəsizliyi qaydalarına dair videoçarxların, posterlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.

Əziz dostlar sizlərdən bu məlumat yayımlamağınızı və dəstək olmanızı xahiş edirik.

https://www.youtube.com/watch?v=N17dF76NAec&feature=youtu.be&fbclid=IwAR0GJ9D6WmqzpZZ7Dv60GWKQYyx04WRG-7XAntKbG3K7AgwWT64YoLx2JR8

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.