Avtoreyd.Az Dörd çarx Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

AvtoReyd.Az

Related Post

Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir – VİDEO / FOTOZirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir – VİDEO / FOTO

Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqıda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az a verilən məlumata görə, hazırda yol