İtaliyada VAZ-2121 “NİVA”avtomobilin qeyri-adi açıq versiyası satışda çıxarıldı…
Onu istifadə olunmuş maşınların satışı ilə məşğul olan Barbetti Motors-un italyan avtosalonu satır.
AvtoReyd.Az məlumat verir ki, 80-ci illərdən başlayaraq “NİVA”-nın açıq kuzovla kiçik avtomobilləri sifariş üzrə bir neçə Avropa şirkətləri tərəfindən istehsal edilib. 1991 ci ilin buraxılışı olan bu avtomobil çox güman ki, Frransanın Poch şirkəti tərəfindən istehsal edilib. Yaxın vaxtlarda 1989 ildə istehsal edilən eyni avtomobilin çox oxşar nüsxəsi İtaliyada satılıb. O, 5300 ABŞ dollarına dəyərində qiymətləndirilib. Sovet yolsuzluq avtomobilinin damı kəsilərək qabaq oturacaqların üzərində böyük lyuk quraşdırılıb. Kuzovun mərkəzi dirəklərini saxlayaraq, qabaq sərnişinlərin başlarının üzərilərindən onları qüvvət qövsüylə birləşdiriblər. Zəruri olduqda plastik pəncərələrin yumşaq bükülən yuxarı hissəsini əl ilə qaldırmaq mümkündür.
Avtomobil 1,6-litrlik mühərriklə təchiz edilərək, qaz balonu quraşdırılıb. Yüyürüşü 110 min kilometr təşkil edir. Və sonda qiymət barədə sizə məlumat vermək istərdik, bu avtomobilin müqabilində 4000 avro istənilir.