Avtoreyd.Az Dörd çarx Əks yola çıxan avtobus təhlükəli vəziyyət yaradıb

Əks yola çıxan avtobus təhlükəli vəziyyət yaradıb


Bakıda 32 saylı maşrurt avtobusu qarşı hərəkət zolağına çıxaraq təhlükəli vəziyyət yaradıb. 

AvtoReyd.Az məlumat verir ki, Bakıda fəaliyyət göstərən 32 saylı marşurt avtobusunun sürücüsü əks zolağa çıxaraq qaydaları pozur. Görüntüləri minik avtomobilində olan sürücülərdən biri mobil telefonla çəkərək ”xəzər xəbər”in votsap nömrəsinə göndərib. Hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində qeydə alınıb…

Yolda olan sürücülər öz zolaqlarında dayanaraq işıqforun yaşıl işığının yanmağını gözləyirlər. Avtobusun sürücüsü isə əks zolağa çıxaraq yol polisinin olduğunu görüb dayanır. Nəticədə də sürücü digər avtomobillərin yolunu kəsərək hərəkət mane olur. Məsələ ilə bağlı 32 saylı marşurt avtobusunun aid olduğu şirkət mövqe bildirməkdən imtina etdi.

Xatırladaq ki, bu qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən 3 cəribə balı və 60 manat məbləğində cərimə nəzərdə tutulur.

AvtoReyd.Az

Related Post

Bakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılırBakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik

Sürücülər üçün son 3 gün: oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz – VİDEOSürücülər üçün son 3 gün: oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz – VİDEO

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb. Xezerxeber.az-ın məlumatına görə, noyabrın 15-dən sonra avtomobillərin yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadə edən sürücüləri 150