Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bundan başqa 27-28 may tarixlərində (2 gün) saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq, bu barədə AvtoReyd.Az – a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.