Ötən gün AvtoReyd.Az – ın kamerası növbəti Yol Hərəkət qaydalarını pozan sürücü qeydə alıb.
Hadisə Binəqədi rayonunun Cəfər Xəndan küçəsi ərazisində baş verib. Dövlət nömrə nişanı 11 HH 111 qara rənglı “KİA” markalı avtomobil kadırda gördüyünüz kimi 1.3 nişanlanma xəttinin(qoşa xəttin) tələbini pozaraq tam axına qarşı hərəkət edir. Yol Hərəkət qaydalarını kobud şəkildə pozan bu sürücü hərəkətə tam axıra kimi davam edib. Xatırladım ki, bu qayda pozuntusu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 madəsinə uyğun olaraq 4 bal və 100 manat məbləğində cərimə nəzərdə tutr.
AvtoReyd.Az təhlükə saçan bu görüntünü sizə təqdim edir: