Avtoreyd.Az Gündəm Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib


Ölkə rəhbəri “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, dəyişiklik qanunun 27-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) maddəsində edilib.

Maddənin VI-I hissəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişikliklə buraya dövlət qurumları da əlavə olunub. Belə ki, dövlət qurumları nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

AvtoReyd.Az

Related Post

Sabah hava soyuyurSabah hava soyuyur

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə