Avtoreyd.Az Dörd çarx Sumqayıtda avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb

Sumqayıtda avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb


Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır.

AvtoReyd.Az xəbər verir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya  açıqlamasında bildirib ki, şəhərin əsas girişindən – Sülh prospektindən avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb.

O deyib ki, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün xüsusi zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

T. Saydumov qeyd edib ki, tıxacların qarşının alınması məqsədi ilə sağ və sol yollarda birinci hissə avtobuslar üçün ayrılıb: “Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər. Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək”.

AvtoReyd.Az

Related Post

Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların