Avtoreyd.Az Gündəm Rüşvət alan polislər işdən çıxarılıb

Rüşvət alan polislər işdən çıxarılıb


Bakıda piyadadan 10 manat rüşvət alan polislər işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama zamanı müəyyən olunub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq Prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.

Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də heç bir sənədləşdirmə aparmayıblar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”-nin tələblərini pozduqlarına görə, “Azərbaycan Respublikasının daxili işlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polis şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti Bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə, Bakı şəhər BPİ rəsinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sözügedən xəbəri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.

AvtoReyd.Az

Related Post

Kamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEOKamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEO

Tanınmış idmançı Kamil Zeynallı “İnstaqram” hesabında maraqlı görüntülər paylaşıb. AvtoReyd.Az xəbər verir ki, idmançı sükan arxasında  təhlükəsizlik kəməri taxmadan,ara sıra sükanı buraxaraq mahni oxuyur.Kimin üçün maraqlı,kimin üçün isə,təhlükəli hərəkətləri ilə diqqət çəkib.Görəsən

Gözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektorGözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektor

Oxucularımızdan biri  AvtoReyd.Az  saytına ünvanladığı məktubda qeyd edib ki, bu gün paytaxtın Tbilisi prospekti ərazisində onun avtomobilinin yan şüşələrinin tündlüyündən sübhələnən xidmət apardığı avtomobilin dövlət nömrə nişanı 317 olan DYP inspektoru,  nəqliyyat vasitəsini protokol tərtib edilmədən və heç bir ölçü