Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
AvtoReyd.Az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə 46 saylı sərnişin avtobusu sürücüsünün xoşagəlməz əməllərilə bağlı şikayət daxil olub.
Şikayətdə bildirilir ki, sərnişin dolu avtobusun sürücüsü maşını idarə edərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.
O, mobil telefonunda “whatsapp” ilə yazışa-yazışa avtobusu idarə edir. Hələ bu azmış kimi “whatsapp”da ürək işarəsi axtarır ki, sevgilisinə göndərsin.
Hadisənin görüntülərini təqdim edirik:
AvtoReyd.Az