Avtoreyd.Az Dörd çarx Xırdalanda yol birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq

Xırdalanda yol birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq


Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

AvtoReyd.Az  xəbər verir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq.

Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: bu yolda diqqətli olun.Sürücülərin nəzərinə: bu yolda diqqətli olun.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az–a verilən məlumata görə,  avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə

Sürücülərin nəzərinə:Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaqSürücülərin nəzərinə:Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı Nəqliyyat Agentiyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“-nə qədər olan hissəsində