Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

Xəbəri Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı təsdiqləyib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.