Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq. Tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik!