Avtoreyd.Az Hadisə Paytaxtın mərkəzində taksi yaşlı kişini vurub öldürdü

Paytaxtın mərkəzində taksi yaşlı kişini vurub öldürdü


Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az Day.az-a istinadla xəbər verir ki, hadisə Sahil metrosunun yanında – Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hadisəyə səbəb taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini vurması olub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və hadisədən bir neçə dəqiqə sonra keçinib.

Faktla bağlı araşdırma başlanılıb.

AvtoReyd.Az

Related Post

Ələt-Astara yolunda baş vermiş ağır yol qəzasında ölən 3 nəfərdən 2-sinin adı məlum olub, 4 nəfər yaralanıb – FOTOƏlət-Astara yolunda baş vermiş ağır yol qəzasında ölən 3 nəfərdən 2-sinin adı məlum olub, 4 nəfər yaralanıb – FOTO

Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən

Paytaxtda yüksək sürətlə gedən “BMW” zəncirvari yol qəzası törədib (Foto)Paytaxtda yüksək sürətlə gedən “BMW” zəncirvari yol qəzası törədib (Foto)

Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücü Qış parkının yaxınlığında idarəetməni itirib. Nəticədə “BMW” yol