Avtoreyd.Az Gündəm Sürücülərin nəzərinə: sabahdan bu qadağa qüvvəyə minir(Foto)

Sürücülərin nəzərinə: sabahdan bu qadağa qüvvəyə minir(Foto)


Mayın 1-dən etibarən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda “Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı tətbiq edilən qadağa qüvvəyə minəcək.  AvtoReyd.Az xəbər verir ki, qadağa mayın 1-dən 25-dək qüvvəyə minəcək və sarı xətlə müəyyənləşdirilmiş zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri və digər operativ nəqliyyat vasitələri buraxılacaq.
“Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.
Sürücülər qadağan edilmiş zolağa daxil olduqları üçün İxm-ın 327.1 bəndinə əsasən 40 manat məbləğində cərimə olunacaqlar.

Related Post

Siqaret kötüyünü və qutusunu yerə atanlar 50 manat cərimələnəcəklərSiqaret kötüyünü və qutusunu yerə atanlar 50 manat cərimələnəcəklər

Azərbaycanda qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. AvtoReyd.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Dəyişikliyə əsasən, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə