AvtoReyd.Az Fan.Az-a istinadən xəbər verir ki, Rendal Pitmen özünün ilk və yeganə avtomobilini 1949-cu ildə əldə edib. Hələ o zaman bu maşın artıq yeni deyildi.
Dünyada yalnız bir avtomobilə ən sadiq insan adına kanadalı 87 yaşlı Rendal Pitmen iddia edə bilər. Özünün ilk avtomobilini o, 17 yaşı olanda alıb. O vaxtdan da Pitmen avtomobilini heç vaxt digəri ilə əvəz etməyib. Bütün bu zaman ərzində onun qarajını 1927-ci il istehsalı olan klassik Ford Model T avtomobili bəzəyib.
Təxminən 70 il əvvəl gənc Pitmen hərracda satılan bu maşın üçün 47,5 dollar ödəyib. Bu məbləği yığmaq üçün cavan oğlana öz maaşından hər saata 10 sent kənara qoymaq lazım olub.
Maraqlıdır ki, Ford Model T indiyə qədər saz vəziyyətdə çalışır. Bəzən Pitmen hətta özü həmin avtomobillə gəzintiyə çıxır. Lakin, etiraf edir ki, nəqliyyat vasitəsini çox ehtiyatla idarə edir. Çünki maşın antikvar olduğundan, ehtiyat hissələri baha başa gəlir və onları tapmaq çətindir.