Avtoreyd.Az Dörd çarx Bu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcək

Bu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcək


Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 ədəddən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.
Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 21.09.2019-cu il tarixindən 39 nömrəli müntəzəm marşrut üzrə də sərnişinlərə müasir İsuzu markalı avtobuslarla xidmət göstəriləcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib.

“İsuzu Citibus” markalı avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.

AvtoReyd.Az

Related Post

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTO

Suraxanı rayonunun Zığ – Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən AvtoReyd.Az–a verilən məlumata görə,təmir-tikinti işləri zamanı yol

Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (Video+Foto)Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (Video+Foto)

Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində regionalrın sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata