Avtoreyd.Az Dörd çarx “BakuBus” MMC-nin bir qrup sürücü mükafatlandırılıb

“BakuBus” MMC-nin bir qrup sürücü mükafatlandırılıb


Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-nin 5 illik yubileyi münasibətilə səmərəli və qüsursuz əmək fəaliyyətində fərqlənən bir qrup sürücü mükafatlandırılıb.

Tədbirdə son illər Bakı şəhəri üzrə nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb, nailiyyətlərin qazanılmasında Bakı Nəqliyyat Agentliyinin xüsusi rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. Həmçinin, bu işdə sürücülərin əməyi yüksək qiymətləndirib və onlara yeni uğurlar arzulanıb. Sonda fəaliyyətləri zamanı nümunəvi xidmət göstərən 43 nəfər sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb, bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

AvtoReyd.Az

Related Post

Cərimə protokolları bəzən sürücülərin narazılığına səbəb olur – SƏBƏB – AÇIQLAMA – VİDEOCərimə protokolları bəzən sürücülərin narazılığına səbəb olur – SƏBƏB – AÇIQLAMA – VİDEO

Dayanma-durma və parklanma ilə bağlı yol polisinin tərtib etdiyi bir çox protokol sürücülərin narazılığına səbəb olur. Xezerxeber.az-ın məlumatına görə, yol polisi parklanma üçün yetərincə yerin olduğunu, sürücülər isə yer tapmaqda çətinlik

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (Video+Foto)Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (Video+Foto)

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.