Avtoreyd.Az Gündəm Yol polisi qəzada öldü, sürücü bəraət aldı

Yol polisi qəzada öldü, sürücü bəraət aldı


Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib.
AvtoReyd.Az oxu.az-a istinadən xəbər verir ki, prokuror onun barəsində olan hökmdən kassasiya protesti verib.

Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə, X.Bağırzadə vəfat edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə A.Tahirova beş il məntəqə tipli cəza verilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.

AvtoReyd.Az

Related Post

Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyevvə Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək. AvtoReyd.Az “Azəravtoyol” ASC-yə istinadən