Avtoreyd.Az Avtoxəbər Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.

Ümumilikdə, 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

AvtoReyd.Az

Related Post

İcbari Sığortası olmayan sürücülərin nəzərinə! – 3 günə 3 mindən çox sürücü radara düşdü – VİDEOİcbari Sığortası olmayan sürücülərin nəzərinə! – 3 günə 3 mindən çox sürücü radara düşdü – VİDEO

Yol polisi avtomobilini sığorta etdirməyən 3 mindən çox sürücüyə protokol yazıb. Bəs avtomobilin icbari sığortasının olub olmadığını vəya müddətinin başa çatmasını necə müəyyən etmək olar? Bütün bu məsələlərə Baş Dövlət