Avtoreyd.Az Gündəm Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

 Sarı kəsişmə toru təşkil edilib;

 Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;

 Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.
Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.

AvtoReyd.Az

Related Post

Yollardakı dəmir arakəsmələr ölümə səbəb olur – “…keyfiyyətsiz materialdan hazırlanır” (Video)Yollardakı dəmir arakəsmələr ölümə səbəb olur – “…keyfiyyətsiz materialdan hazırlanır” (Video)

İstirahət günlərində də yollar qəzasız ötüşmür. Bu gün Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Sərnişinin ölümünə səbəb isə yolda olan dəmir arakəsmə olub. Bu isə yollarda quraşdırılan təhlükəsizlik