Avtoreyd.Az Gündəm Temperatur 28 dərəcəyə yüksəlir

Temperatur 28 dərəcəyə yüksəlir


Mayın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 11-14, gündüz 20-25, Bakıda gecə  12-14, gündüz  23-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  12-17 dərəcə isti olacağı gözlənilir.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=1GqJfp67H_Y

Related Post

Sabah yağış yağacaqSabah yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi