Azərbaycan prezidentinin sərəncamına əsasən, bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Ağstafa rayonu Köçəsgər avtomobil yolu layihəsidir.

“Azəravtoyol”  ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılır.

Layihə çərçivəsində torpaq işləri  görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.

Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu  15, 5 km, eni 12 m olan və 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda  6 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı də salınıb. Ümumilikdə  isə yolun 100 kvadrat metrdən çox  ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2,5 m enində çiyinlər də  daxildir.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46500 m  uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

AvtoReyd.Az

Related Post

Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilibAzərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilib

Nazirlər Kabineti  “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. AvtoReyd.Az APA-ya istinadən xəbər