AvtoReyd.Az azertag-a istinadən məlumat verir ki,Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun
23-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
1.2. III hissədən “Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il.