Avtoreyd.Az Avtoxəbər “Peugeot” və “Fiat” birləşə bilər

“Peugeot” və “Fiat” birləşə bilər


“Peugeot” və “Fiat Chrysler Automobiles” (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.

AvtoReyd.Az bildirir ki, bu barədə “Wall Street Journal” qəzeti bildirib.

“Fiat” və “PSA Group”dan (“Peugeot-Citroen”) “Peugeot” mümkün birləşmə haqqında danışıqlar aparırlar”, – deyə qəzetin xəbərində qeyd olunur.

Məlumata görə, yeni birliyə “Peugeot”un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.

Qeyd edək ki, “Fiat” markası adı altında “Fiat”, “Lancia”, “Alfa Romeo”, “Abarth”, “Ferrari” və “Maserati” avtomobilləri istehsal edilir. PSA Avropada “Volkswagen”dən sonra ikinci avtomobil istehsalçısıdır.

AvtoReyd.Az

Related Post

“The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Con və Madonnaya məxsus nadir avtomobillər hərracda satılacaq (Fotolar)“The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Con və Madonnaya məxsus nadir avtomobillər hərracda satılacaq (Fotolar)

Avtoreyd.az bildirir ki, Bonhams-ın dekabr ayının 2-də Londonda baş tutacaq hərracında əvvəllər The Beatles qrupunun üzvləri Pol Makkartni və Rinqo Starra, həmçinin Elton Cona və Madonnaya aid nadir avtomobillər satışa çıxarılacaq.