Avtoreyd.Az Avtoxəbər Köhnə avtomobil sahiblərinin nəzərinə!

Köhnə avtomobil sahiblərinin nəzərinə!


“Hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır”.

AvtoReyd.Az “Report”a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb: “Avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir”.

M.Babayev qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.

O əlavə edib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.

Nazir vurğulayıb ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub.

AvtoReyd.Az

Related Post

BMW elektrokarlar üçün simsiz yükləmənin texnologiyasını təqdim etdi (Video+Foto)BMW elektrokarlar üçün simsiz yükləmənin texnologiyasını təqdim etdi (Video+Foto)

AvtoReyd.Az-ın məlumatına görə,530e iPerformance-ın yeni Sedanının nümayişi çərçivəsində şirkət elektrokarlar üçün simsiz yükləmələri nümayiş etdirdi.Onlar naqilli stansiyalarla müqaisədə 1,5 saat daha tez avtomobili şarj edirlər.BMW artıq 3,2 kilovatt gücünə malik

Lenindən Qorbaçova qədər… – Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ – FOTOLARLenindən Qorbaçova qədər… – Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ – FOTOLAR

SSRİ rəhbərləri biri-birindən fərqli avtomobillərlə gəzib. AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, SSRİ rəhbərlərinin gəzdiyi avtomobilləri xronoloji ardıcıllaqla oxuculara təqdim edir. Onların hərəsinin özünəməxsus seçimi var idi. Turcat-Mery – şəkildə təsvir