Avtoreyd.Az Gündəm Vilayət Eyvazovdan daha bir generalla bağlı qərar

Vilayət Eyvazovdan daha bir generalla bağlı qərar


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

AvtoReyd.Az strateq.az -a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşəvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenanatı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

AvtoReyd.Az

Related Post

“Azəravtoyol”da cari ilin 6 ayının yekunlarına həsr olunmuş hesabat iclası keçirilib – FOTO – VİDEO“Azəravtoyol”da cari ilin 6 ayının yekunlarına həsr olunmuş hesabat iclası keçirilib – FOTO – VİDEO

Azəravtoyol” ASC-də cari ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Qurumdan AvtoReyd.Az–a verilən məlumata görə, iclas iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə