Avtoreyd.Az Dörd çarx “28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb

“28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə;

· Piyada təhlükəsizliyi təmin edilib

· Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub

·14 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir.

· Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.

AvtoReyd.Az

Related Post

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi davam etdirilir (Video+Foto)M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi davam etdirilir (Video+Foto)

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli