Audi-də RS6 Avant modeli var, Mercedes-Benz E63 Estate-la lovğalana bilər, ammaBMW-də E34-dən və E61-dən başqa M5 Touring modelləri mövcud deyil və yaratmağıda planlaşdırmırlar.

Zavod heç vaxt belə uyğunluq təklif etmirdi. Xoşbəxtlikdən, universal E39 sahiblərindən biri həqiqətən də 5-ci seriyanın unikal avtomobilini yaratmağa qərar verdi, M-modellərin istənilən azarkeşinə maraqlı olacaq.

Bu avtomobil Bring a Trailer-də satılırdı və o, 540i Wagon kimi buraxılıb. Amma  daha əhəmiyyətlisi odur ki, əvvəlki sahibi ona M5 E39-un bütün xarici və daxili atributlarıni yerləşdirib. Bu o deməkdir ki, onun kapotunun altında 4,9-litrlik V8 mühərriki yerləşdirib.Təəssüf ki, M5-in əyləc sistemi bunda yoxdur və 540i-dən olan mexanizmlərlə kifayətlənmək məcburiyətindəyik.

Bundan başqa, bu “Universal M5”  Michelin Pilot Super Sport şinlərlə və  M5-dən disklərlə təhciz eilib. Salonda M5-dən və yeni baş qurğudan qara-boz dəri oturacaqları yerləşdirilib.

Bütün bu gözəlliyin qiyməti? Avtomobil 25377 dollara satılmışdı ki, dəyişikliklərin keyfiyyətini xüsusilə nəzərə alaraq bu elə də çox deyil.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.