Bakı şəhəri Nəsimi r. 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən “NEPTUN” marketin qarşısında piyadalar üçün nəzərdə tutlan səkidə avtomobillər üçün qeyri-qanuni parklama yeri düzəldilib.
Oxucularımızın bizə müraciətindən sonra AvtoReyd.Az-ın əməkdaşı bu əraziyə baş çəkəndən sonra gördüklərinə inana bilməyib, belə ki, yolun kənarında piyadaların təhlükəsiz gediş gəlişi üçün nəzərdə tutlan səki üzərində avtomobil dayanacağı yaradılıb və örtük üzərində hətta xətlər də çəkilib. Maraqlı və təcübləndirən məqam odur ki, yolun kənarında parklama yeri ola-ola səkinin üzərində piyadalar üçün nəzərdə tutulan yerdə bu kimi “dırnaqarası” abadlıq işləri görülür. Görəsən bu dayanacağı təşkil edənlər piyadaları nəzərə alıblar? Və ya orada avtomobillərini parkalayan sürücülərə cərimə tədbiq edilir? Əslində nəzərə alsaq ki, Bakıda parklama və yol hərəkətinin təşkili Bakı Nəqliyyat Agentliyinə həvvalə olunubsa onda elə sualı məs quruma yönəldmək istərdim. Bəlkə qurumun bunda xəbəri yoxdur? Hər halda qarşı tərəfin də fikrini işıqlandırmaq bizim çiynimizə düşür.
Hələlik isə adı çəkilən ərazidən qeydə alınan şəkilləri və videonu sizə təqdim edirik:
Посмотреть эту публикацию в Instagram