Avtoreyd.Az Çəkdiklərimiz Yeni salınana yolda nə müvafiq nişanlar var, nə də işlək işıqfor

Yeni salınana yolda nə müvafiq nişanlar var, nə də işlək işıqfor


Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu.

Ölkə başçısının tapşırığına əsasən küçənin 800 metrlik bu hissəsi tam yenidən quruldu. İndi 18 metr enində 4 cərgəli avtomobil yoludur. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. Bakıda nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı görülən işlər nəticəsində indi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq, amma müəyyən nişanlar və işıqfor tam qaydaya salındıqdan sonra. Çünki bu yol kəsişməsində istər örtüy üzərində, istərsə də yol kənarında müvafiq nişanlar tam yer almayıb, işıqfor isə hələlik işləmir.

Gözəl bir yol sistemi yarandı. İndi artıq 2,4 kilometr uzunluqda gözəl bir prospekt yaranıb. Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi yaxın vaxtda həm işıqforu, həm də yol kəsişməsində nişanları tənzimləyib avtomobil axınını istiqamətləndirə biləcək.

AvtoReyd.Az-ın əməkdaşı əraziyə baş çəkib yeni salınan yoldan video və foto hazırlayıb.

Həmin görüntünü sizə təqdim edirik:

AvtoReyd.Az

Related Post